03 oktyabr 2012, 18:30

Akif Abbasovdan, Bakı, Azərbaycan

Çox hörmətli Prezident!

Məni “Əməkdar Müəllim” fəxri adı ilə təltif etməyiniz ailəmizin böyük sevincinə səbəb olmuşdur. Bu qayğınıza, xeyirxahlığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz çiçəklənən və inkişaf edən Azərbaycanın fəxrisiniz.

Ölkəmiz Sizin sayənizdə nəhəng addımlarla irəliləyir və dünya dövlətləri arasında özünə layiqli yer tutmaqdadır. Siz təhsilimizin inkişafına da böyük diqqət yetirirsiniz, bütün sahələrdə Azərbaycanımıza yeni-yeni uğurlar qazandırırsınız. Bu fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Akif Abbasov,

Təhsil Problemləri İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor. 

Azərbaycan Respublikası, Bakı şəhəri.