Gerb

03 oktyabr 2012, 19:00

Hörmətli cənab Prezident!

Apardığınız məqsədyönlü uğurlu siyasət nəticəsində Azərbaycanımızın iqtisadiyyatı sürətlə inkişaf edir. Bu siyasət nəticəsində bölgələrdə sosial proqramlar həyata keçirilir, quruculuq, bərpa və yenidənqurma işləri aparılır, insanların rifah halı gündən-günə yaxşılaşır. Bu yeniliklər Tərtər rayonuna da özünü göstərir. Misal olaraq Tərtər şəhərində kommunal yaşayış binalarında içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini göstərmək olar. Uzun illərdən bəri istifadə olunan su xətləri və kanalizasiya sistemləri öz istismar müddətini başa vurduğundan tam yararsız vəziyyətə düşmüş, çirkab suları və eləcə də içməli suyun binaların zirzəmilərinə axması nəticəsində həyətlərdə natəmiz gölməçələr yaranmış, ekoloji tarazlıq pozulmuşdur.

Sizin əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyiniz Sərəncamlar tərtərlilər tərəfindən böyük sevinc hissi ilə qarşılanır. Ekoloji baxımdan sağlam mühit yaradılmadan sosial inkişafdan söhbət gedə bilməz. Belə mühitin yaradılması istiqamətində fəaliyyətinizə görə Sizə dərin minnətdarlıgımızı bildiririk. Sağlam mühitdə yaşayanın sağlam canı, sağlam canda isə sağlam ruh yetişər deyiblər. Belə insanlar həmişə Sizin arxanızdadır, Sizə dəstəkdir. Bir daha Sizə sağ olun deyirik.

Hörmətli Prezident, Sizə deyəcəklərimizi, razılığımızı yazı ilə ifadə etmək çətindir. Sizə və ailənizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayırıq.

Hörmətli cənab Prezident!

Sizin gözəl Qarabağa səfərinizi səbirsizliklə gözləyirik. Arzu edirik ki, bu səfər zamanı günü-gündən gözəlləşən Tərtər rayonunu da ziyarət edəsiniz. Azərbaycan xalqının sağlamlığı naminə həyata keçirilməkdə olan layihələrin icrasına verdiyiniz sərəncamlara görə Sizə bir daha minnətdarlığımızı bildirir və “Çox sağ olun” deyirik.

Tərtər şəhəri Nizami küçəsində yaşayan 250 ailə adından, hörmətlə,

Cəfərov Nizami (müəllim), Həsənova Zöhrə (təqaüdçü), Həşimova Solmaz (müəllimə), Həsənov Tahir (sürücü), Cəfərzadə Bəsti (tələbə), Həsənov Ramil (fəhlə), Quliyev Rövşən (poçt işçisi), Cəfərova Ülviyyə (müəllimə), İbrahimova Aynurə (xadimə), Tağızadə Fəridə (xadimə), Səlimov İslam (mühəndis), Vəliyeva Dürdanə (müəllimə), Yusibov Asim (təqaüdçü), Babayeva Arzu (evdar qadın), Əliyeva Nailə (müəllimə), Mirzəyeva Naibə (müəllimə), Qasımova Həqiqət (təqaüdçü), Məhərrəmov Rəsul (sürücü), Məmmədova Esmira (müəllimə), İsmayılova Həmayə (evdar qadın), Həsənova Sərfinaz (evdar qadın), Həşimov Mahir (hərbçi), Səlimov Vasif (sürücü), İsmayılov İlqar (sürücü), İsmayılov Sabir (fəhlə).

Cəmi: 250 nəfər.

Azərbaycan Respublikası, Tərtər rayonu.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR