|
07 oktyabr 2012, 10:00
İlham Əliyev Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və sonrakı vəziyyətini, eləcə də 2013-cü ildə yenidən qurulması nəzərdə tutulan yollarla bağlı məlumatları əks etdirən stendlərə baxdı. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Yevlax-Xocalı-Laçın yolunun Yevlax-Bərdə hissəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin əhəmiyyəti bu yolun regional mahiyyət kəsb etməsindədir. Tərtər, Ağcabədi, Bərdə, Ağdam istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verən bu yol həmin zonalarda yaşayan insanların mənzil başına vaxtında və təhlükəsiz çatmalarına da imkan yaradır. Bildirildi ki, “Azəryolsevis” ASC-nin sifarişi əsasında inşa olunmuş yolun birinci texniki dərəcəli hissəsinin uzunluğu 6,4 kilometr, eni 15-20 metrdir. Yolun ikinci dərəcəli texniki hissəsinin uzunluğu 22,6 kilometr, eni 9 metrdir. Yolda texniki dərəcələrə müvafiq olaraq hərəkət zolaqlarının sayı 4-2 nisbətində dəyişir. Asfalt-beton örtüklü yol üzərində iki körpü yenidən qurulmuşdur. Ümumilikdə yolda 160 min ton asfalt-beton örtüyündən istifadə edilmişdir. Diqqətə çatdırıldı ki, hazırda Bərdə-İstisu avtomobul yolunun Bərdə-Tərtər hissəsinin tikintisi davam etdirilir. Səksən min ton asfalt-beton örtüyündən istifadə olunacaq yolun uzunluğu 18 kilometrdir. İkinci texniki dərəcəli yolda tikinti işlərinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulmuşdur. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev yeni yolun yüksək səviyyədə inşasından razılığını bildirdi. ![]() 07 oktyabr 2012, 11:35
İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.