|
07 oktyabr 2012, 13:30
İlham Əliyev Tərtərdə Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Tərtərdə Dövlət Bayrağı meydanında yaradılan şəraitlə tanış olmuşdur. Prezident İlham Əliyevə məlumat verildi ki, şəhərin Bərdə istiqamətindəki girişində bir hektara yaxın ərazidə yaradılan Dövlət Bayrağı meydanı yüksək səviyyədə inşa edilmişdir. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı rayonun bir çox yerindən aydın görünür. Meydanda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, yaşıllıq zolaqları salınmış, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Burada, həmçinin istirahət guşələri yaradılmış, iki fəvvarə quraşdırılmış, oturacaqlar qoyulmuşdur. “Ana və uşaq” istirahəti mərkəzinin inşa edildiyi meydanın istinad divarları mərmər və digər bəzək daşları ilə üzlənmişdir ki, bu da əraziyə xüsusi gözəllik verir. Müasir işıqlandırma sistemi axşam saatlarında bu ərazini daha da cəlbedici edir. Azərbaycan Prezidenti Dövlət Bayrağı meydanında yaradılmış şəraitdən məmnunluğunu bildirdi. ![]() 07 oktyabr 2012, 11:35
İlham Əliyev Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
more...
07 oktyabr 2012, 13:40
İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.