|
07 oktyabr 2012, 15:40
İlham Əliyev Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak etmişdir. Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Bərdənin sürətli inkişafını özündə əks etdirən, quruculuq və abadlığın əsas ünvanlarından biri olan Koroğlu küçəsində salınan Qəhrəmanlar parkının yerləşdiyi ərazi əvvəllər tamamilə baxımsız vəziyyətdə idi. Tikinti işlərindən sonra Qəhrəmanlar parkı müasir və füsunkar görkəm almışdır. İstirahət guşəsinin ümumi sahəsi 4,5 hektardır. Diqqətə çatdırıldı ki, parkın salınmasına ötən ilin sentyabrında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılmışdır. Parkın girişində ölkənin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin pannosu qoyulmuşdur. Parkda avtomobillər üçün xüsusi dayanacaq yaradılmış, 20 min kvadratmetr ərazidə yaşıllıq işləri aparılmış, üç mindən çox müxtəlif ağac, 11 min bəzək kolu və rəngbərəng güllər əkilmişdir. Güldanlar da parkın görünüşünə əlavə yaraşıq verir. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan 50 oturacaq və beş istirahət köşkü qoyulmuşdur. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur. İstirahət parkı salınarkən balacalar da yaddan çıxmamış, onlar üçün əyləncə meydançaları yaradılmış, xarici ölkələrdən gətirilən müasir attraksionlar və yelləncəklər quraşdırılmışdır. Parkdakı məşəl kompleksi də xüsusi zövqlə hazırlanmışdır. Buraya gələn həm qonaqlar, həm də yerli sakinlərin istirahəti hərtərəfli düşünülmüşdür. İstirahət məkanında Çay evi də istifadəyə verilmişdir. Parkda mərmərlə üzlənmiş fəvvarə əraziyə xüsusi gözəllik verir. Parkın yuxarı tərəfində iri postament üzərində Ana heykəli ucaldılmışdır. Prezident İlham Əliyev Ana abidəsinin önünə gül dəstəsi qoydu. Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.