|
07 oktyabr 2012, 15:50
İlham Əliyev Bərdədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Bərdədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Dövlət başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Bərdədəki Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd olundu ki, Bayraq Meydanının inşasına ötən ilin iyununda başlanılmış, bu ilin sonunda başa çatdırılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Burada inşa edilmiş fəvvarə meydanın gözəlliyini daha da artırır. Diqqətə çatdırıldı ki, meydan yaradılarkən Azərbaycan memarlıq sənətinin bütün elementlərindən istifadə olunmuşdur. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, 1200 gül və bəzək kolu əkilmişdir. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılmış, istirahət üçün hər cür şərait yaradılmışdır. ![]() 07 oktyabr 2012, 15:40
İlham Əliyev Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.