|
07 oktyabr 2012, 18:45
İlham Əliyev Yevlax şəhərində Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yevlax şəhərində Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir. Məlumat verildi ki, parkın ümumi sahəsi 10 min kvadratmetrdən çoxdur. Onun 7 min kvadratmetrindən çoxunu ancaq yaşıllıq sahəsi təşkil edir. Parkın mərkəzində Xalq Şairi Səməd Vurğunun abidəsi ucaldılmışdır. Prezident İlham Əliyev Xalq Şairi Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoydu. Parkda dörd fəvvarə quraşdırılmış, uşaq əyləncə meydançası yaradılmışdır. Səməd Vurğunun abidəsinin arxa hissəsində şairin kitablarından ibarət kompozisiya qurulmuşdur. Müasir işıqlandırma sistemi, oturacaqlarla təmin olunan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, insanların mədəni istirahətinin yüksək səviyyədə təşkil olunmasına xidmət edən belə layihələrin icrası yeni şəhər elementlərinin meydana çıxmasına imkan verir. Bu, həm də belə istirahət məkanlarının yerləşdiyi ərazilərdə gedən inkişaf proseslərinin göstəricisidir. Azərbaycan Prezidenti parkda yaradılmış şəraitdən razılığını bildirdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.