|
07 oktyabr 2012, 19:15
İlham Əliyev Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmişdir. Dövlət başçısı avtovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, son illərdə ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə həyata keçirilməsi istiqamətində mühüm layihələr icra olunur. Bu sahədə nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılmışdır. Yevlax şəhərinin qədim İpək yolunun üzərində yerləşməsi, o cümlədən ölkənin qərb istiqamətindən gələn bütün avtomobil yollarının buradan keçməsi onun həm iqtisadi, həm də nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Odur ki, burada yeni inşa olunan avtovağzal kompleksi bu tələbatın ödənilməsində mühüm rol oynayır. Bildirildi ki, xüsusi dizaynla və bütün tələblər nəzərə alınmaqla tikilən bu kompleks həm yerli əhaliyə, həm də qonşu bölgələrin sakinlərinə rahat və keyfiyyətli xidmət göstərəcəkdir. Avtovağzalın ikimərtəbəli binasının inşasına 2010-cu ildə başlanılmışdır. Ümumi ərazisi 17,5 min kvadratmetr olan binanın tikinti sahəsi 558 kvadratmetrdir. Birinci mərtəbədə sərnişinlərin istirahəti və avtovağzal xidmətindən istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Burada kassa, ana və uşaq otağı, gözləmə zalı vardır. Zalda sərnişinlərin istifadəsi üçün marşrut göstəricilərinin əks olunduğu elektron tablo asılmışdır. Konfrans zalında müxtəlif toplantıların keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, gələcəkdə ölkənin bir çox regionlarına yeni marşrutların açılması nəzərdə tutulmuşdur. Yeni avtovağzal kompleksində yaradılan şərait buna hərtərəfli imkan verir. Prezident İlham Əliyev yeni avtovağzal kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.