|
07 oktyabr 2012, 10:30
İlham Əliyev Tərtər rayonuna səfərə gəlmişdir
Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə abidənin ətrafında, həmçinin rayonda aparılan abadlıq işləri, eləcə də inşa olunmuş obyektlər barədə məlumat verdi. Bildirildi ki, bu obyektlərdən biri də rayonun Köçərli kəndində yeni yaradılmış soyuducu anbar kompleksidir. Kompleksin əsas maliyyə vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun payına düşür. Kompleksin ümumi dəyəri 2 milyon manatdır ki, bunun da 1,4 milyon manatı Fond tərəfindən güzəştli kredit kimi verilmişdir. Regionlarda sahibkarlığın inkişafı, xüsusən də cəbhəyanı bölgələrdə yeni istehsal müəssisələrinin yaradılması iqtisadi siyasətin prioritetlərindəndir. Bu amil nəzərə alınaraq kompleks məhz cəbhəyanı rayonda inşa olunmuşdur. Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq müasir standartlar səviyyəsində yaradılan soyuducu anbar kompleksinin tikintisinə 2011-ci ildə başlanılmışdır. Ümumi sahəsi iki hektara yaxın olan müəssisədə soyuducu, tara və tədarük anbarları vardır. Bundan başqa ərazidə inzibati bina, gözətçi məntəqəsi yaradılmış və transformator yarımstansiyası quraşdırılmışdır. Kompleksin həyətində abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Ümumi tutumu 3 min ton olan müəssisə dünyanın aparıcı ölkələrində hazırlanmış avadanlıqla təchiz edilmişdir. Beş soyuducu kameradan ibarət olan kompleks üçün xammal bazasının yaradılması məqsədilə ilkin olaraq Tərtər rayonunda 100 hektar ərazidə soğan əkilmişdir. Gələcəkdə əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Kompleksdə şəxsi təsərrüfatlarda istehsal olunan məhsullarla yanaşı, Tərtər və ətraf rayonlardan tədarük olunacaq tərəvəz məhsullarının da saxlanılmasına şərait yaradılmışdır. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.