|
07 oktyabr 2012, 21:10
İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, Heydər Əliyev Parkında yeni inşa olunan Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya Oyunlarının qaliblərinin və olimpiya komandamızın Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən fotostend yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr vardır. Qeyd olundu ki, Gənclər Mərkəzinin tikintisinə ötən ilin iyulunda başlanılmışdır. Birmərtəbəli binanın ümumu sahəsi 615,5 kvadratmetrdir. Mərkəzin inşaat işləri Prezident İlham Əliyevin Zərdaba səfərindən sonra imzaladığı 2011-ci il 11 may tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına aparılmışdır. Bütün lazımi avadanlıqla təchiz edilən on otaq və rəqs zalından ibarət mərkəzdə gənclər öz asudə vaxtlarını maraqlı keçirə bilərlər. Kinozalda müxtəlif filmlərin nümayişi nəzərdə tutulmuşdur. Burada ayrıca kompyuter otağı da vardır. Bütün kompyuterlər sürətli internetə qoşulmuşdur. Mərkəzdə kompyuter, dərzilik kursları musiqi dərnəkləri təşkil olunacaqdır. Binadakı kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Dövlət başçısı mərkəzin rəqs zalı ilə tanış oldu. Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət göstərir. Ümumilikdə Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. ![]() 07 oktyabr 2012, 22:00
İlham Əliyev Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış olmuşdur
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.