|
12 oktyabr 2012, 21:00
Azərbaycan və Özbəkistan prezidentləri Dövlət Bayrağı Meydanında və Heydər Əliyev Mərkəzində olmuşlar
Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Dövlət Bayrağı Meydanında olmuşlar. Sonra dövlət başçıları Heydər Əliyev Mərkəzinə gəlmişlər. Prezident İlham Əliyev dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə Özbəkistan dövlətinin başçısına məlumat verdi. Qeyd edildi ki, 2007-ci ildə bünövrəsi qoyulan Mərkəz bu il mayın 10-da – ulu öndər Heydər Əliyevin doğum günündə açılmışdır. Mərkəz 16 hektar ərazidə yerləşir. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Bu mədəniyyət ocağı dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Beynəlxalq səviyyədə nadir memarlıq nümunələrindən biri olan, müasirliyi özündə dolğun ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilmişdir. Özbəkistan Prezidenti İslam Kərimovun diqqətinə çatdırıldı ki, ulu öndərin tükənməz irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzində rəsmi qəbullar, müxtəlif beynəlxalq səviyyəli konfranslar, iclaslar, mədəniyyət və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, Mərkəzin açılışından sonra burada bir neçə yüksək səviyyəli, o cümlədən beynəlxalq tədbir keçirilmişdir. Ali qonaq Heydər Əliyev Mərkəzindən zəngin təəssüratla ayrıldı. ![]() 12 oktyabr 2012, 22:00
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun şərəfinə rəsmi nahar verilmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.