|
15 oktyabr 2012, 14:00
Ceyhun Cəlilovdan, Kolçester, Böyük Britaniya
Möhtərəm cənab Prezident!
Sizin ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı kimi atdığınız addımlar biz gənclərdə daim ruh yüksəkliyi yaradır. Belə ki, Sizin müvafiq sərəncamınızla təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkəmizin kadr potensialının gücləndirilməsi, habelə qeyd olunan Dövlət Proqramı çərçivəsində təhsil alan gənclər tərəfindən Azərbaycanın təbliğatı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, mən 2012-2013-cü tədris ili ərzində magistr təhsilimi sözügedən Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində davam etdirirəm. Rəhbərliyinizlə ölkəmizdə aparılan islahatlar nəticəsində bu Dövlət Proqramının uğurla icra edilir. Xaricdə təhsil alacaq gənclərin seçimində şəffaflıq və obyektivlik əsas amildir. Bu isə öz növbəsində gənclərin təhsilə və elmə olan marağını artırmaqdadır. Azərbaycan gənclərinin inkişafında misilsiz xidmətlərinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bir Azərbaycan gənci olaraq mənə göstərilən etimadı doğruldacaq, ölkəmizə təkmilləşmiş kadr kimi dönəcək, habelə təhsil aldığım müddət ərzində Azərbaycançılıq ideyalarının təbliğində bütün gücümü səfərbər edəcəyəm. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.