|
18 oktyabr 2012, 11:00
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi olmuşdur
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə raport verdi. Bosniya və Herseqovinanın və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçə, Bosniya və Herseqovinanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Prezidentinin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin qarşısından keçdi. Azərbaycan Prezidenti və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri rəsmi foto çəkdirdilər. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.