|
18 oktyabr 2012, 11:55
İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin geniş tərkibdə görüşü olmuşdur
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Prezident İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli cənab Sədr! Bir daha deyirəm ki, Azərbaycana xoş gəlmisiniz. Sizi və nümayəndə heyətinizi Azərbaycanda görməkdən çox şadam. Biz ikitərəfli və regional məsələlərlə bağlı maraqlı fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimiz davam edir. Səfəriniz dostluğumuzun və tərəfdaşlığımızın çox mühüm göstəricisidir. Biz bu yaxınlarda Çikaqoda görüşdük və bu səfərlə bağlı razılığa gəldik. Mən çox şadam ki, bu gün bu səfər reallaşmışdır. Əlaqələrimizin tarixində bu, ilk səfərdir. Əminəm ki, səfəriniz münasibətlərimizdə yeni səhifə açacaqdır. Ümidvaram ki, biz həm siyasi, həm də iqtisadi sahələrdə fəal və səmərəli əməkdaşlıq üçün bir çox istiqamətləri müəyyənləşdirəcəyik. Bu gün Sizinlə iqtisadi fəaliyyətin müəyyən istiqamətləri, birgə layihələr ilə bağlı müzakirələr apardıq. Əminəm ki, biz buna nail olacağıq. Bizim, eyni zamanda, tarixlə bağlı çox yaxşı xatirələrimiz vardır. Sarayevo və Bakı Sovet İttifaqı dövründə qardaşlaşmış şəhərlər olublar. İndi isə düşünürəm ki, biz bu tərəfdaşlığı bərpa edirik. Əminəm ki, səfəriniz çox maraqlı olacaqdır. Siz və nümayəndə heyətiniz ölkəmizi daha yaxından tanıyacaqsınız. Bir daha “Xoş gəlmisiniz!” deyirəm və Sizə Azərbaycanda xoş vaxt keçirtməyi arzulayıram. X X X Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İZETBEQOVİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi: - Çox sağ olun, cənab Prezident! Biz olduqca məhsuldar danışıqlar apardıq. Mən cənab Prezidentə də dedim ki, biz oxşar tarix yaşamışıq. Əvvəlcə kommunist rejimi dönəmində yaşamışıq. Daha sonra 1990-cı illər hər iki ölkə üçün çox əhəmiyyətli oldu. 1992-ci il də ölkələrimiz üçün çox əlamətdar olub. Bizim əlaqələrimiz, niyyətlərimiz vardır. İndi biz əməkdaşlığımızı genişləndirmək üçün daha artıq işlər görməliyik. Çünki əlaqələrin indiki vəziyyəti xalqlarımızın istəyini tam əks etdirmir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.