|
27 oktyabr 2012, 17:15
İlham Əliyev Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) bu gün ölkəmizin həyatının hər bir sahəsinin inkişafında yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir, bununla da onun fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Partiyanın ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətdə rayon təşkilatlarının rolu danılmazdır. Bu gün respublikamızın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları da müasirliyi ilə seçilir və burada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır. Bildirildi ki, YAP Saatlı rayon təşkilatının inzibati binası orijinal layihəsi və maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edir. Bu bina həm də şəhərin gözəlliyinə əlavə çalarlar qatır. Heydər Əliyev prospektində, ulu öndərin adını daşıyan parkda inşa edilən binanın tikintisinə bu ilin mayında başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, müxtəlif illərdə Saatlıya səfərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Prezident İlham Əliyevin partiyanın tədbirləri və rayona səfərləri zamanı çəkilən fotolar da böyük maraq doğurur. Binada kompyuter otağı, 50 nəfərlik konfrans zalı vardır. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılmışdır. Buradakı inzibati otaqlar müasir səviyyədə qurulmuş, lazımi avadanlıqla təchiz edilmişdir. Binanın ətrafında da geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi. ![]() 27 oktyabr 2012, 17:00
İlham Əliyev Saatlıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.