|
27 oktyabr 2012, 17:30
İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Diqqətə çatdırıldı ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər reallaşdırılır. 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının uğurlu icrası bu baxımdan çox mühüm rol oynamışdır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir. Məlumat verildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə dövlət vəsaiti hesabına tikilən mərkəz Heydər Əliyev parkına bitişik ərazidə mövcud olan köhnə və yararsız ikimərtəbəli yaşayış binasının yerində inşa edilmişdir. Mərkəzin ikimərtəbəli binasının tikintisinə 2011-ci ildə başlanılmışdır. Ümumi sahəsi 2,5 min kvadratmetr olan Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlı rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılmışdır. Binanın birinci mərtəbəsində tikişçilik dərnəyi və kompyuter otaqları vardır. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait mövcuddur. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunmuşdur. Həm tir tüfəngləri, həm də pnevmatik silahlar vasitəsilə gənclərə hədəfi düzgün nişan almaq və daha dəqiq olmaq üçün lazer texnologiyasından geniş istifadə imkanları yaradılmışdır. Xüsusi kompyuter qrafikası vasitəsilə müxtəlif ov səhnələrinin nümayişi də diqqət çəkən məqamlardandır. Burada musiqiyə marağı olan gənclər üçün karaoke otaqları da fəaliyyət göstərəcəkdir. Gənclər Mərkəzinin binasının ikinci mərtəbəsində rəssamlıq dərnəyi və rəqs studiyası yaradılmışdır. Virtual rinq otağında isə gənclərin bilik və bacarıqlarının nümayişi üçün müasir kompyuter guşəsi qurulmuşdur. Mərkəzdə müasir üslubda kafe də fəaliyyət göstərəcəkdir. Konfrans və 200 nəfərlik iclas zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün də hər cür şərait vardır. Mərkəzə gələn gənclər elektron kitabxanada və linqvistika otağında informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar. Burada 3D formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılmışdır. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayacaqdır. Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.