Gerb

28 oktyabr 2012, 11:00
15294

Prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət etdi.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında rayon sakinləri, eləcə də qonaqların istirahətinin mənalı təşkili üçün hərtərəfli şərait yaradılmışdır.

Loader

Böyük ölçüdə