|
28 oktyabr 2012, 16:00
İlham Əliyev İmişli Şahmat Məktəbinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev İmişli şəhərində Şahmat Məktəbinin açılış mərasimində iştirak etmişdir. Məlumat verildi ki, şahmat məktəbinin tikinti sahəsi 570 kvadratmetrdir. Məktəbin ətrafında əsaslı abadlıq işləri aparılmışdır. Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi. Məktəbdə geniş salonla yanaşı, daha 7 otaqda yeniyetmə və gənclərə şahmatın sirləri öyrədilir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin regionlarına səfərlərinin, eləcə də respublikamızda idmanın hərtərəfli inkişafı üçün həyata keçirilən kompleks tədbirlərin əks olunduğu fotoguşələr yaradılmışdır. Məktəbin orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Təhsil ocağında yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu cür sosial təyinatlı təhsil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı keçirir, həm də vacib bilik və bacarıqlara yiyələnirlər. Respublikamızın bütün bölgələrində fəaliyyətə başlayan və müasir tələblərə cavab verən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Dövlətimizin başçısı şahmat məktəbində yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı. ![]() 28 oktyabr 2012, 16:15
İlham Əliyev İmişlidə “Araz” damazlıq quşçuluq fabrikinin açılışında iştirak etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.