İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur

28 oktyabr 2012, 15:45
İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, ikimərtəbəli xəstəxananın ümumi ərazisi 21,2 min kvadratmetrdir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Xəstəxananın ayrıca yarımstansiyası vardır və burada əlavə generator da quraşdırılmışdır. Yoluxucu xəstəliklər şöbəsi ayrıca binada yerləşir. Azərbaycan Prezidentinin 2010-cu il 30 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ayrılan 1,5 milyon manat vəsait hesabına 2010-cu ildə xəstəxananın əsaslı təmirinə başlanmışdır. Ötən müddətdə həyata keçirilən kompleks yenidənqurma işlərindən sonra rayon mərkəzi xəstəxanası müasirliyi ilə diqqəti cəlb edir. Dörd korpusdan ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır. Əsas binası və bütün şöbələri tamamilə yenidən qurulmuş xəstəxananın maddi-texniki bazası ən müasir standartlara cavab verir.

Xəstəxananın hər bir şöbəsinin interyeri orijinal dizaynı və zəngin tərtibatı ilə fərqlənir.

Bildirildi ki, xəstəxananın şöbələrində Yaponiya, Türkiyə, İtaliya, Koreya Respublikası və digər ölkələrdən gətirilmiş avadanlıq quraşdırılmışdır. Qonşu şəhər və rayonların sakinləri də bu tibb ocağının xidmətindən yararlana biləcəklər. Ötən illərdə ölkəmizdə pulsuz səhiyyə xidmətinin genişləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə tibbi yardım sahəsində dövlət qayğısının gücləndirilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanıb həyata keçirilməsinə bu cür müasir tibb ocaqlarının sayının artması da münbit zəmin yaradır. Respublikamızda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq tədbirlərin daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə dolğun ehtiva edən Dövlət proqramları ölkəmizdə tibbi xidmətin səviyyəsini də yüksəltmişdir.

Azərbaycanda ən yüksək standartlara cavab verən tibb müəssisələrinin sayının durmadan artması sayəsində tədricən xaricdə müalicəyə yollananların da sayı azalır. İndi paytaxt Bakı ilə yanaşı, müxtəlif bölgələrdə ən mürəkkəb cərrahiyyə əməliyyatları uğurla aparılır, təcrübəli xarici mütəxəssislərin dəvət edilməsi ilə yerli tibbi personalın hazırlıq səviyyəsi təkmilləşdirilir, dövlət hesabına dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilənlərin sayı ilbəil artır. Hazırda respublikamızın tibb müəssisələri maddi-texniki bazasının müasirliyi baxımından inkişaf etmiş ölkələrin səhiyyə ocaqları ilə müqayisə edilir. Bunu ölkəmizə gələn yüksək səviyyəli qonaqlar da təsdiqləyirlər. İmişli Mərkəzi Rayon Xəstəxanası da ən son elmi-texniki yeniliklərin tətbiqi baxımından ölkəmizin digər tibb müəssisələrindən geri qalmır.

Əsaslı təmir işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV kollektivin üzvlərini salamlayaraq dedi:

- Sizi təbrik edirəm. Gözəl xəstəxanadır. Burada müalicə almaq, diaqnostikadan keçmək üçün bütün şərait vardır. Çox gözəl təmir olunub, dünya standartlarına cavab verir. Siz - burada işləyən həkimlər yaxşı bilirsiniz ki, əvvəlki vəziyyəti necə idi. İndi bu gözəl xəstəxanada xəstələrə yüksək səviyyədə tibbi xidmət və qayğı göstərilməlidir.

Həkimlər və xəstələr üçün gözəl şərait yaradılıb. Əsas odur ki, dünən dediyim kimi, vətəndaşlar vaxtında müayinədən keçsinlər. Dünən Saatlıda, bu gün İmişlidə gözəl mərkəzi xəstəxananın əsaslı təmirdən sonra açılışını qeyd etdik. Beyləqan Rayon Mərkəzi Xəstəxanası da əsaslı təmirdən sonra açılışa hazırdır. Yəni, hər bir rayonda gözəl tibbi xidmət yaradılır.

Bu da Azərbaycanın bugünkü reallıqlarını əks etdirir. Vaxtilə xəstəxanaların vəziyyəti o qədər də yaxşı deyildi. Onların əksəriyyəti 1970-ci illərdə tikilmişdir, artıq köhnəlmişdir və əsaslı təmirə ehtiyac var idi. Əsas da müasir avadanlığın gətirilməsinə ehtiyac var idi. Çünki müasir avadanlıq olmadan səviyyəli tibbi xidmət göstərmək mümkün deyildir.

Burada olan avadanlıq dünyanın aparıcı klinikalarındakı avadanlıqlardan fərqlənmir. Bəlkə də bəzi xarici klinikalardan daha da üstündür. Çünki biz ən son modelləri gətirdirik. Özü də hər yerə - Bakıya əlbəttə, paytaxt şəhərinə, eyni zamanda, hər bir rayona, hər bir bölgəyə gətiririk. Dializ aparatları da gətirilmişdir. Səhiyyə nazirinin dediyinə görə, 30-dan çox dializ xəstəsi vardır. Onlar indi burada müalicə alacaqlar. Demək olar ki, bütün bölgələrdəki diaqnostika mərkəzlərində, artıq mərkəzi şəhər və rayon xəstəxanalarında dializ aparatları vardır. Bu da çox vacib məsələdir. Çünki vaxtilə böyrək çatışmazlığından əziyyət çəkən insanlar lazımi tibbi xidmət ala bilmirdilər. İndi isə artıq bu problem aradan götürülüb.

Ən müasir standartlara cavab verən doğum şöbəsi vardır. Bu da çox vacibdir. Dünən də bu məsələ ilə bağlı fikirlərimi bildirdim.

Bu gün də demək istəyirəm, bütün dövrlərdə - sovet dövründə, müstəqillik dövründə əfsuslar olsun ki, uşaq ölümü yüksək idi.

İndi doğum şöbələrinin müasir avadanlıqla təchiz edilməsi bu məsələnin həllinə də kömək göstərəcəkdir. Uşaq ölümü azalır və həkimlər elə xidmət göstərməlidirlər ki, ümumiyyətlə uşaq ölümü olmasın. Uşaq ölümü inkişaf etmiş ölkələrin səviyyəsində olmalıdır. Yəni, biz qarşıya belə hədəf qoymuşuq.

Əminəm ki, yeni tikilən, bərpa olunan tibb ocaqlarının fəaliyyəti sayəsində biz buna nail olacağıq. Həkimlər də xəstələrə yaxşı xidmət göstərməlidirlər, xüsusilə belə gözəl şərait olduğu halda bunu etmək çətin olmayacaqdır. Sizi bir daha təbrik edirəm.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51