|
29 oktyabr 2012, 14:39
İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəs Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi. Bakıda keçiriləcək birgə biznes forumun önəmini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizi bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmləndirməyin və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları müəyyənləşdirməyin zəruriliyini vurğuladı. Ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun ölkəmizə səfərinin fəal qarşılıqlı əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini dedi. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzov paytaxtda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi. Bakıda keçirilən birgə biznes forumun əhəmiyyətini qeyd edən Rəşid Təmrəzov forumun əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.