|
29 oktyabr 2012, 22:10
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan
Hörmətli cənab Prezident, Mən mübarək Qurban bayramı münasibətilə dünya müsəlmanlarına ən xoş arzularımı çatdırır və Həcc ziyarətini həyata keçirməklə ömürlük amallarına çatmış insanları təbrik edirəm. Ötən illərdə olduğu kimi, minlərlə amerikalı müsəlman bu il də Məkkəyə dua və ibadət üçün toplaşmış üç milyon zəvvarın sırasındadırlar. Müsəlmanlar Qurban bayramını ailələri və dostları ilə qeyd edərkən, eyni zamanda, ehtiyacı olanlara qurban payı verir və beləliklə dini icmaların imkansızlara əl tutmaq işində oynadıqları vacib rolu vurğulayırlar. Bütün dünyada müsəlman icmaları humanitar fəlakətlərə uğramış, aclıq, xəstəlik və münaqişədən əziyyət çəkən insanlara kömək etmək işində digər dini etiqadların nümayəndələri ilə birlikdə olmuşlar. Qurban bayramı və Həcc ziyarəti İbrahim peyğəmbər inamı ilə ümumi köklərin xatırlanması işinə xidmət edərək bütün əsas dinlərin ortaq dəyərlərə malik olmasını, o cümlədən yardıma ən çox ehtiyacı olanlara kömək göstərilməsinin vacibliyini vurğulayır. Amerika xalqı adından mən Sizi və xalqınızı bu əziz və müqəddəs bayram münasibətilə təbrik edirəm. Bayramınız mübarək. Hörmətlə,
Barak Obama AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.