|
01 noyabr 2012, 14:08
İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul etmişdir
Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broeki qəbul etmişdir. BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek etimadnamə məktubunu dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında geniş fəaliyyətinə toxunan Antonius Broek təmsil etdiyi təşkilatla ölkəmiz arasında mövcud olan uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurla davam etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzv olduqdan sonra səmərəli şəkildə daha da genişləndiyini dedi və Azərbaycanın beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa öz töhfəsinin verdiyini qeyd etdi. Azərbaycan-BMT əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev Antonius Broekin ölkəmizdəki fəaliyyəti dövründə də əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.