|
02 noyabr 2012, 18:00
İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyeri qəbul etmişdir
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəyə malik olduğunu qeyd edən Prezident İlham Əliyev BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı informasiya və kommunikasiya texnologiyaları sektorunun artıq Azərbaycanda prioritet sahələrdən birinə çevrildiyini vurğuladı. ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer VII İnternet İdarəçilik Forumunun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə etdi. Forumun ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayan Filip Verveyer tədbirdə ABŞ-dan bir çox rəsmi şəxslərin iştirak edəcəyini bildirdi. 02 noyabr 2012, 17:00
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.