|
04 noyabr 2012, 14:00
İlham Əliyev Hindistanın kommunikasiya və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Hindistan Respublikasının kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibalın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nazir Kapil Sibal Hindistan Prezidenti Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda iştirakından məmnunluğunu bildirən hindistanlı qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Kapil Sibal Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi böyük uğurların onlarda dərin təəssürat yaratdığını dedi. Nazir informasiya və kommunikasiya texnologiyaları sektorunda ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. Dövlət başçısı Azərbaycanın Hindistan ilə müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin yaradıldığını vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlət başçısı Prezident Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Hindistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.