|
04 noyabr 2012, 14:30
İlham Əliyev Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni qəbul etmişdir
Prezident İlham Əliyev internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni qəbul etmişdir. Dövlət başçısı internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadenin VII İnternet İdarəçilik Forumunda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Forumun Bakıda təşkil olunmasını Azərbaycanın bu sahədə əldə etdiyi uğurların yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə azad internetin fəaliyyətinə xüsusi diqqət verildiyini vurğuladı. Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehade Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurları yüksək qiymətləndirdi. O, ünvanların idarə olunması sisteminin 14-cü regional serverinin ölkəmizdə yaradılmasının əhəmiyyətini vurğuladı. Qonaq bu serverin dünya üzrə 10-nun ABŞ-da, 3-nün Avropada, 14-cünün isə Azərbaycanda fəaliyyətə başlamasını böyük nailiyyət kimi dəyərləndirdi və bunun regionda internetin keyfiyyətinin artırılması işinə xidmət edəcəyinə əminliyini bildirdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.