|
05 noyabr 2012, 16:00
İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. BMT-nin baş katibinin müavini Vu Honqbo baş katib Pan Gi Munun salamlarını dövlətimizin başçısına çatdırdı. O, BMT ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı. Vu Honqbo 2012-2013-cü illər ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Azərbaycan Hökumətinin informasiya-Kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Vu Honqbo və ölkəmizin bu sahədə regionun liderinə çevrilməsini yüksək qiymətləndirdi. O, VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq BMT-nin “Elektron Hökumət” layihələrində Azərbaycanın fəal iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun Bakıda təşkil olunan VII İnternet İdarəçilik Forumunda iştirakının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet sahələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev baş katiblə Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorkdakı son görüşünü məmnunluqla xatırladı. Müstəqilliyimizin 20-ci ildönümündə güclü beynəlxalq dəstəklə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin önəmini vurğulayan dövlətimizin başçısı Azərbaycanın 2013-cü ildə də sülhün, təhlükəsizliyin və dostluğun təşviqi işində fəal rol oynayacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı Pan Gi Munun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin baş katibinə çatdırmağı xahiş etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.