|
06 noyabr 2012, 18:00
İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul etmişdir
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul etmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture 2003-cü ildən başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğuladı. Prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan kapitalına çevirəcəyəm” sözlərini xatırlayan qonaq həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd etdi. Hamadun Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu dedi. O, ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğuladı. Dövlət başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini vurğuladı. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.