Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 noyabr 2012, 15:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Əliyev Elxan İzzət oğlu
Əliyev Şahin Kamoş oğlu
Məmmədli Oruc Mehbalı oğlu
Məmmədli Süleyman Bağır oğlu
Məmmədov Rafiq Allahverdi oğlu
Rəhimov Nazir Həzrətqulu oğlu

“Əməkdar Jurnalist”

İsmayılov Eldar Xankişi oğlu
Məmmədov Bəxtiyar Miryusif oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2012-ci il.