Qafar Əliyevdən, Naxçıvan, Azərbaycan
02 sentyabr 2010, 16:16
Çox hörmətli və sevimli Prezidentimiz cənab İlham Əliyev!
Dünən Azərbaycan xalqı yeni bir tarixi hadisənin şahidi oldu. Azərbaycanın qururu sayılan və dövlət rəmzi hesab edilən Bayraq Meydanının açılış mərasimi keçirildi. 1990-cı il noyabrın 17-də Naxçıvanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən ucaldılan üçrəngli bayrağımız Sizin tərəfinizdən daha uca zirvəyə qaldırıldı. Dünən xalqımıza yeni bayram sevincləri yaşatdınız, sanki bu bayram sevincini biz Qarabağımızda qeyd edirdik. Çox keçməz ki, məhz Sizin sayənizdə bizlərə bu sevincli anlar da nəsib olar. Sizi Bayraq Meydanının açılışı münasibətilə təbrik edirəm, Sizə zirvəli günlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əliyev Qafar Nadir oğlu
Azərbaycan Respublikası, Naxçıvan şəhəri,
Təbriz küçəsi, ev 11/2.