Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 noyabr 2012, 19:07

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Osmanov Əlixan Qədiroviç
Rəsulov Arif Yunis oğlu
Tağı-zadə Fuad Çingiz oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2012-ci il.