|
09 noyabr 2012, 18:20
İlham Əliyev Filippinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Filippin Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marilin Jusayan Alarillanın etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Marilin Jusayan Alarilla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Xanım Marilin Jusayan Alarilla Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarını və ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinə görə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji, elm və texnologiya sahələrində inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətləri bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında güclü iqtisadi tərəfdaşlıq əlaqələri qurmaq üçün qarşılıqlı investisiya imkanlarını nəzərdən keçirməyin və əməkdaşlıq sahələrini müəyyənləşdirməyin zəruriliyini qeyd etdi. Dövlət başçısı Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.