|
09 noyabr 2012, 18:30
İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Holmsun etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Con Holms etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Səfir Con Holms ölkəmizdə böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir ölkələrimiz arasında əməkdaşlığın aviasiya sənayesi, təhsil, internet idarəçiliyi, tikinti və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu vurğuladı, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.