Gerb

09 noyabr 2012, 21:20
15608

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi Marek Solçinskinin etimadnaməsini qəbul etmişdir.

Marek Solçinski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Marek Solçinski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsisi ilə söhbət etdi. 

Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, həyata keçirilən birgə humanitar layihələrdə Heydər Əliyev Fondunun iştirakının əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmi qeyd olundu, münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Loader

Böyük ölçüdə