|
09 noyabr 2012, 21:30
İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrisio Alberto Çaves Savalanın etimadnaməsini qəbul etmişdir. Səfir Patrisio Alberto Çaves Savala fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Patrisio Alberto Çaves Savala etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Patrisio Alberto Çaves Savala Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsində, əməkdaşlığımızın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində genişləndirilməsində maraqlı olduğunu dedi və əlaqələrimizin gələcəkdə uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlət başçısı Patrisio Alberto Çaves Savalanın Azərbaycandakı diplomatik fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin daha da yaxınlaşması işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Ekvador arasında beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlarının olduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin önəmini qeyd etdi. Dövlət başçısı Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvadorun dövlət başçısına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.