|
12 noyabr 2012, 17:30
İlham Əliyev Bolqarıstanın Ali Kassasiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin daha da genişlənməsi ilə bağlı yaxşı perspektivlərin olduğunu dedi. Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin ölkəmizə səfərinin onun azərbaycanlı həmkarları ilə məhkəmə sistemi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini məmnunluqla vurğuladı. O, Bolqarıstanın və Azərbaycanın məhkəmə sistemi arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildirdi və bu əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə etdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.