|
12 noyabr 2012, 17:40
İlham Əliyev Ukraynanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Ukraynanın müdafiə naziri Dmitri Salamatınin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ukraynanın müdafiə naziri Dmitri Salamatin Ukrayna Prezidenti Viktor Yanukoviçin Konstitusiya günü münasibətilə təbriklərini və salamlarını dövlətimizin başçısına çatdırdı. Ukrayna Prezidentinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını deyən nazir ölkəsinin respublikamızla ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı. Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin böyük tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkəmizin bu münasibətlərin daha da genişləndirilməsinə önəm verdiyini qeyd etdi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Ukraynanın müdafiə naziri Dmitri Salamatınin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.