Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin bəzi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size Plus Minus

18 may 2010, 17:57

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

İşlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqlarına görə aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Cəmşid qızı Qəhrəmanova;

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov;

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Əlislam qızı Məmmədova.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2010-cu il.

 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi