Gerb

03 sentyabr 2010, 11:21
1359

Prezident İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş ikonaları və incəsənət əsərlərini Prezident Dmitri Medvedevə təqdim etmişdir.

Azərbaycan dövlətinin başçısı demişdir:

- Bu ikonaları Sizə təqdim etmək istəyirəm. Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstərilmiş bu əsərləri Azərbaycan-Rusiya sərhədində bizim gömrük xidmətlərimiz aşkar və müsadirə etmişlər.
Onları sərhəddən keçirmək istəyənlər isə məsuliyyətə cəlb olunmuşlar. Bu gün rus xalqının bu incəsənət əsərlərini Sizə - Rusiya Prezidentinə təqdim edirəm. Onlar Sizin ölkənizdə saxlanılmalıdır.

Rusiya Prezidenti Dmitri Medvedev Prezident İlham Əliyevə təşəkkürünü bildirərək demişdir:

- Çox sağ olun. Bu, həqiqətən, əsl dost hərəkətidir. Rusiya üçün ikiqat xoşdur ki, Azərbaycan bir tərəfdən cinayətkarları yaxalamışdır, digər tərəfdən isə bu əsərlər evə qayıdır. Biz hamımız bunu yüksək dəyərləndiririk. Bu, həqiqətən, əsl dostluq jestidir.

Loader

Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR