Gerb

03 sentyabr 2010, 10:52

Möhtərəm Prezidentimiz!

Xalqımızın qürur mənbəyi olan Dövlət Bayrağı Meydanının möhtəşəm açılış mərasimində dəvətli qismində iştirakıma, sözlə ifadə olunmayan sevincimə görə Sizə, əziz Prezidentimiz, dərin minnətdarlığımı bildirirəm. Ulu öndərimizin “mən fəxr edirəm ki, azərbaycanlıyam” dediyi, eləcə də Sizin Prezident seçilmənizlə bağlı andiçmə mərasimlərinin məndə doğurduğu hədsiz sevinc, xoşbəxtlik və həyəcan hisslərini mən bir daha bu analoqu olmayan mərasim zamanı yaşadım. Bayrağımızın qaldırılması zamanı Sizin keçirdiyiniz həyəcanı meydanda qurlaşdırılmış böyük ekranda görərkən göz yaşlarımı saxlaya bilmədim. Möhtərəm Prezidentimiz, Sizin müdrikliyiniz, səyiniz, bacarığınız sayəsində Xankəndində, Şuşada, azad edilmiş ərazilərimizdə belə bir sevinci yaşamağı Allah hamımıza qismət etsin.

Bir daha Sizə, Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Həmişə var olun! Allah Sizi qorusun! Xalqımızın üstündən əskik olmayasınız! Xalqımıza bol-bol sevinc, daha da gözəl güzəran bəxş edəsiniz!

Vəliyeva Dilarə Hatəm qızı

Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 56, mənzil 9 .