Gerb

06 sentyabr 2010, 18:05

Çox hörmətli cənab Prezident!

İlk öncə, Sizə, Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi adından səmimi hörmət və ehtiramımı çatdırıram. 2010-cu il 2 sentyabr tarixli Sərəncamınızla mənə “Əməkdar elm xadimi” fəxri adının verilməsinə görə dərin təşəkkürümü bildirməklə bərabər, Sizi əmin etmək istərdim ki, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq bir vətəndaş kimi bundan sonra da daim Azərbaycan təhsilinin və elminin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyəm.

Son illər ölkədə elm və təhsilin inkişafı üçün yaradılan geniş imkanlar hər bir təhsil müəssisəsində və o cümlədən bu sahədə çalışan insanlarda ruh yüksəkliyini artırır, yaradıcılıq axtarışına mənəvi stimul verir. Bu baxımdan, Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi adından Azərbaycan təhsilinin inkişafına göstərmiş olduğunuz diqqət və qayğıya görə Sizə bir daha öz minnətdarlığımı bildirir və ölkəmizin işıqlı gələcəyinin qarantı kimi işlərinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Professor Mirdamət Sadıqov

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru.
Gəncə, Azərbaycan. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR