|
21 noyabr 2012, 08:45
İlham Əliyevin Sinqapurda rəsmi qarşılanma mərasimi olmuşdur
Prezident İlham Əliyevin “İstana” sarayında rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycan dövlətinin başçısını Sinqapur Prezidenti Toni Tan qarşıladı. Azərbaycan və Sinqapur respublikalarının dövlət bayraqlarının dalğalandığı sarayın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycanın və Sinqapurun dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev “İstana” sarayının fəxri qonaqlar kitabını imzaladı. Azərbaycan nümayəndə heyətinin üzvləri Sinqapur Prezidentinə, Sinqapurun dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.