|
21 noyabr 2012, 10:20
İlham Əliyevin və Sinqapur Prezidenti Toni Tanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur
Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Sinqapur Prezidenti Toni Tanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Görüşdə xüsusi vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcəkdir. Qeyd edildi ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırıldı ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər vardır. Bildirilmişdir ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlindi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.