|
21 noyabr 2012, 10:40
İlham Əliyev Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşmüşdür
Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşmüşdür. Görüşdə dövlətlərimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olundu. Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulandı ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə Sinqapurun da bir neçə şirkəti Azərbaycanda iş qurmuşdur. Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulandı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.