|
06 sentyabr 2010, 18:22
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram: 1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin: 1.1. Doktorantlara – 100 manat 1.2 Ali təhsil müəssisələrində: adlı təqaüd alan tələbələrə – 100 manat magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 85 manat bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 80 manat 1.3 Orta ixtisas təhsili müəssisələrdə:
əla qiymətlərlə oxuyan tələbələrə – 40 manat 1.4 İlk peşə-ixtisas təhsili müəssisələrin şagirdlərinə – 30 manat
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin. 06 sentyabr 2010, 18:11
Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Luis İnasiu Lula da Silvaya
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.