Gerb

26 noyabr 2012, 17:35
16088

Prezident İlham Əliyev noyabrın 26-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Viktor Tsvirkunu qəbul etmişdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Viktor Tsvirkun Təşkilatın Baş katibi vəzifəsinə seçilərkən Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. 

Dövlətimizin başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsində ona uğurlar arzuladı. 

Görüşdə region ölkələri arasında əməkdaşlığın genişləndirilməsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rolu qeyd olundu, Təşkilatın Parlament Assambleyasının Bakıda keçirilən növbəti iclasında müzakirə olunacaq məsələlərin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. 

Loader

Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR