|
26 noyabr 2012, 20:00
İlham Əliyev Serbiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın növbəti iclasının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının daha da genişləndirilməsinin zəruriliyini vurğuladı. Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiç Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan qonaq ikitərəfli əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Azərbaycanın Serbiyada həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını ifadə edən Rasim Lyayiç əməkdaşlığımızın daha da möhkəmləndirilməsində bu layihələrin rolunu vurğuladı. Dövlətimizin başçısı Prezident Tomislav Nikoliçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.