|
26 noyabr 2012, 17:20
İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ölkəmizə hər gəlişi zamanı paytaxtımızda çox böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. “Azərbaycan bölgənin, Qafqazın parlayan ulduzudur, inşallah bu ulduz həmişə parlamaqda davam edəcək”,- deyən Cəmil Çiçək ölkəmizin gələcək illərdə də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. O, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğuladı. Cəmil Çiçək ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf etdiyini vurğuladı. Dünyada gedən proseslərdə Türkiyənin fəal rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə davam edən uğurlu əməkdaşlıq əlaqələrinin bütün regionun inkişafı üçün böyük əhəmiyyət daşıdığını dedi və bu əməkdaşlığın daha da möhkəmləndirilməsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının önəmini qeyd etdi. Parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin gedişi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 26 noyabr 2012, 20:00
İlham Əliyev Serbiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
more...
26 noyabr 2012, 19:30
“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.