|
27 noyabr 2012, 15:15
İlham Əliyev Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Argentina Respublikasının kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin son illər müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğuladı. Qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını deyən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizin Argentina ilə əlaqələri iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı sektorunda genişləndirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Argentina Respublikasının kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauhar ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğuladı. O, Azərbaycan ilə Argentina arasında əlaqələrin iqtisadi, sosial və digər sahələrdə genişləndirilməsi üçün ölkəsinin Prezidentindən ciddi tapşırıqlar aldığını bildirdi. 26 noyabr 2012, 19:30
“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.