|
28 noyabr 2012, 14:45
İlham Əliyev Latviyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərləri bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi. Latviyaya rəsmi səfəri zamanı Baş nazir Valdis Dombrovskislə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi. Əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində Hökumətlərarası birgə Komissiyanın rolunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. Prezident İlham Əliyev Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi. Azərbaycan ilə Latviya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan Baş nazir əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında son illər ticarət dövriyyəsinin artdığını vurğulayan Valdis Dombrovskis iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə olan marağın göstəricisi kimi dəyərləndirdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.