Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
29 noyabr 2012, 21:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında vətəndaşların sosial müdafiəsi sisteminin, xüsusən də pensiya təminatı sisteminin müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməsi məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, pensiya təminatı sisteminin islahatı Konsepsiyasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2012-ci il.